"Formula-1"-in Kanada Qran-prisinin qalibi məlum oldu
Bizi izləyin

İdman

"Formula-1"-in Kanada Qran-prisinin qalibi məlum oldu

Qran-prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

"Formula-1" üzrə Kanada Qran Prisinə yekun vurulub.

"Report"un məlumatına görə, qalib adını "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton qazanıb.

İkinci yeri onun komanda yoldaşı ("Mercedes") Valtteri Bottas, üçüncü yeri "Red Bull" təmsilçisi Daniel Rikkardo tutub.

"Formula-1"in ümumi hesabında birinci yerdə 141 xal ilə Sebastyan Fettel (Ferrari) qərarlaşıb. Hemilton ikincidir. Onun aktivində 129 xal var. Bottas isə 93 xal ilə üçüncü yerdədir.

Qran-prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm