GÖRÜNMƏMİŞ HADİSƏ: Komandası böyük hesabla qələbə qazandığı üçün baş məşqçi qovuldu
Bizi izləyin

İdman

GÖRÜNMƏMİŞ HADİSƏ: Komandası böyük hesabla qələbə qazandığı üçün baş məşqçi qovuldu

İspaniyada rəqib komanda üzərində 25:0 hesablı qələbə qazanan futbol komandasının məşqçisi işdən qovulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, futbol klubunun rəhbərliyi məşqçinin belə məhvedici hesabla öz rəqiblərini təhqir etdiyini bildirib.

Görünməmiş hadisə Valensiya şəhərində baş verib. 11 yaşadək futbolçulardan ibarət “Serranos” komandası “Benikalap” komandasını darmadağın edib. Klub rəhbərliyi məşqçiyə bildirib ki, hesab arasındakı belə böyük fərq sadəcə başqa komanda üçün alçaldıcıdır və oyunun ruhunu pozur.

“Biz öz rəqiblərimizə hörmət edirik və onları belə böyük hesabla udmamalı idik. Məşqçiyə yalnız nəticə lazım idi. Buna görə də onunla ayrılmağa qərar verdik”, - “Serranos” klubundan bildiriblər.

Məşqçi isə klub rəhbərliyinin qərarı ilə razı deyil. Onun sözlərinə görə, öz komandasına rəqibin qapısına mümkün qədər daha çox qol vurması barədə göstəriş verməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm