Boksçu məşq zalından çıxarkən güllələndi
Bizi izləyin

İdman

Boksçu məşq zalından çıxarkən güllələndi

İdmançıya hücum edənlərin yerli kriminal dəstənin üzvləri olduğu güman olunur.

Meksikalı boksçu Ulises Ueto öldürülüb.

Publika.az xəbər verir ki, Uetonu Mexikoda öldürüblər. Boksçu məşq zalından çıxarkən motosikletdə olan naməlum şəxslər onu güllələyiblər.

Boksçuya tərəf on güllə atılıb. Onlardan ikisi Ulisesin boynuna və sifətinə dəyib. Ölümcül yaralanan boksçu xəstəxanaya aparılarkən, yolda keçinib.

İdmançıya hücum edənlərin yerli kriminal dəstənin üzvləri olduğu güman olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm