• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Vettel və Hamiltonun mübahisəli qəzası - Onlar üçün ilk deyildi - VİDEO

  • İdman
  • 27 İyun 2017 18:00
  • 663 Baxış
Vettel və Hamiltonun mübahisəli qəzası - Onlar üçün ilk deyildi - VİDEO

Bakıda Formula 1 yarışlarının bu ilki seriyası bitsə də, unudulmaz anlar çox oldu. Sebastian Vettellə Levis Hamiltonun toqquşması Azərbaycan Qran Prisinin ən yaddaqalan anı oldu desək, yeridir. Çünki Vettelin maşını ilə Hamiltonun maşınını arxadan vurmasını fərqli şərh edənlər çoxdur. Kimisi bunu Vettelin bilərəkdən etdiyini, kimisi isə Hamiltonun bilərəkdən əyləci basaraq Vettelin ona çırpılmasına şərait yaratdığını deyir.

Bakıdakı toqquşmadan sonra Hamilton deyib ki, Vetteldən belə bir şey gözlənilən idi. Lakin diqqətinizə çatdıraq ki, nə Vettel, nə də Hamilton Formula 1-in süddən çıxmış ağ qaşıqları deyil. Belə ki, onların daha əvvəl də başqa pilotlarla analoji problemləri olub. Yaxın tarixə nəzər salaq:

2010-cu il İstanbul Qran Prisində Vettel komanda yoldaşı və çempionluq rəqibi Mark Uebberin “Red Bull”unu ötməyə çalışırdı, amma əsas düz yol sektorunda iki maşın bir-birinə ilişdi. Beləcə eyni komandanın üzvləri daha yaxşı nəticə üçün bir-birinə mane oldular.

Onlar bu qəzada bir-birlərini günahlandırırdılar. Hələ bordyura - kerbə çırpılmış maşının motorunu söndürmədən Vettel belə bir incik radio mesaj vermişdi: "Mənim başım çıxmır, biz burda nə edirik? Biz burda dünya çempionluğunu qazanmağa çalışırıq. Bu nə axmaqlıdır?!”

Eləcə də, Bakı yarışı Hamiltonun, onun maşınının bilərkdən vurulduğunu düşünərək kədərləndiyi ilk birincilik deyil. O və onun “Mercedes” komandasındakı yoldaşı Niko 2014-cü ildə çempion titulu üçün ikilikdə yarışmalı idilər. Hamilton Rozberqə bir neçə dəfə asanlıqla qalib gələ bilmişdi. Rozberq heç də Hamiltondan geri qalmadığını sübut etmək istəyirdi. Niko Hamiltona əsas düz yolda çatmış və onu Les Combes döngəsində ötməyə çalışmışdı. Lakin bu zaman Rozberqin maşının qanadı Hamiltonun təkərinə girmiş və onun yarışına son qoymuşdu.

Rosberg axırda ikinci yerlə kifayətlənsə də, “Mercedes” rəhbərliyi hiddətlənmişdi, çünki ümumi məğlubiyyətə kimin səbəb olduğu bəlliydi.

"Əgər vaxtı geri döndərmək mümkün olsaydı, Niko o vaxt etdiyini bir daha etməzdi" – deyə komandanın başçısı Toto Volff heyfislənirdi.

Amin

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR