"Real"dan PSJ-yə 60 milyonluq TRANSFER
Bizi izləyin

İdman

"Real"dan PSJ-yə 60 milyonluq TRANSFER

"Real"dan ayrılması gözlənilən Xames Rodrigesin müştəriləri artır. Kolumbiyalı ulduzu PSJ də heyətinə qatmaq istəyir.

Uzun müddətdi "Mançester Yunayted"ə transferi gündəmdə olan Rodrigesi heyətinə qatmaq istəyən Paris klubu artıq danışıqlara start verilib. Məlumata görə, tərəflər arasında bəzi razılaşmalar da artıq əldə olunub.

İddia olunur ki, PSJ bu transferi bitirmək üçün məşhur menecer Xorxe Mendesi araya salmaq istəyir. Portuqaliyalı menecer son dövlər transfer haqqlarına sahib olduğu futbolçuları PSJ-yə yönəltməyə başlayıb.

Məlumata görə, PSJ Rodrigesə görə "Real"a 60 milyon avro təklif edir. Kriştiano Ronaldonun kölgəsində qalan kolumbiyalının da komandadan getmək istədiyi bildirilir. Üstəlik Kilian Mbappeni transfer etmək istəyən "Real"ın Xamesi bu məbləğə satmağa razılıq verəcəyi deyilir.

Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. (fanat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm