• USD 1,7000 0,00% EUR 2,0695 0,00%
    • GBP 2,3318 0,00% RUB 0,0230 0,00%

Avropa Liqası: "İnter" son dəqiqədə sevindi (YENİLƏNDİ)

  • İdman
  • 12 İyul 2017 21:58
  • 1 314 Baxış
Avropa Liqası: "İnter" son dəqiqədə sevindi (YENİLƏNDİ)

Bu gün Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb.

Publika.az xəbər verir ki, rəqib Lüksemburqun "Fola Eş" komandası olub. "Dalğa Arena"da keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib. "İnter" əvvəlki mərhələdə Serbiya "Mladost"unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələsə də, bu dəfə xeyli çətinliklə üzləşdi. Oyunun taleyini son dəqiqədə Mirhüseyn Seyidovun vurduğu qol həll etdi. "Quru" hesablı qələbə səfər matçında "İnter" üçün əlavə üstünlük sayıla bilər.

Avropa Liqası. II təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. "İnter" (Azərbaycan) - "Fola Eş" (Lüksemburq) 1:0

M.Seyidov, 90.

Baş hakim: Eytan Şmuelvits

Yan xətt hakimləri: Nissan Davidi, Saqi Mazamber

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

Bakı, "Dalğa Arena"

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR