
Bu gün Azərbaycanın daha iki klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirib.
Publika.az-ın məlumatına görə, “Qəbələ” Bakıda Polşa təmsilçisi “Yagelloniya”nı qəbul edib.
Son iki mövsümdə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayan və qrupa düşməyi bacaran “Qəbələ” bu dəfə yarışa nisbətən gec qoşulub. Yay fasiləsində 9 futbolçu transfer edən “qırmızı-qaralar” Polşa komandası ilə görüşə yenilənmiş heyətlə çıxıb. Oyunda hesabı qonaqlar açsa da, ikinci hissənin əvvəllərində "Qəbələ" bərabərlik qolunu vurub. Qalan dəqiqələrdə qol olmayıb.
Avrokuboklarda ilk mövsümünü keçirən “Zirə” isə Rumıniyada "Astra"nın qonağı olub. Avrokuboklarda uğurlu debütdən sonra Ayxan Abbasovun baş məşqçisi olduğu komandanı çətin sınaq gözləyirdi. Təcrübəli "Astra" ilk oyunda özü üçün sərfəli nəticə qazana bilib. Ancaq səfərdə vurulan 1 qol cavab matçında "Zirə"nin dadına çata bilər.
Avropa Liqası. II təsnifat mərhələsi, ilk oyunlar
13 iyul
21:00. “Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa) 1:1
Monroz, 47 - Romançuk, 15.
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Qvido Uinkmann (hakimlər briqadası Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Bakı. “Bakcell Arena”
21:30. “Astra” (Rumıniya) – “Zirə” (Azərbaycan) 3:1
İonita, 31. Dandea, 55. Le Tallek, 74 - Sadiqov, 34.
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)
Curcu. Marin Anastasoviçi stadionu