AL: "Zirə" və "İnter" mübarizəni dayandırdı, "Qəbələ" üzümüzü güldürdü - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

AL: "Zirə" və "İnter" mübarizəni dayandırdı, "Qəbələ" üzümüzü güldürdü - (YENİLƏNDİ)

3 komandadan yalnız biri mərhələ adladı.

Bu gün Azərbaycan klubları Avropa Liqasının II təsnifat mərhələsində cavab oyunlarına çıxıb. 3 komandamızdan yalnız biri mərhələ adlamağa müvəffəq olub.

"Zirə" "Astra" səddini keçə bilməyib. İlk görüşdə "Astra" 3:1 hesabı ilə qalib gəldiyindən, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv ya 2 cavabsız qolla, qapısında qol görəcəyi təqdirdə isə ən azı 3 top fərqi ilə qələbə qazanmalı idi. Ancaq matç qolsuz başa çatdı. Hər halda, debüt ilində sərgilədiyi futbolla alqış qazanan "Zirə" üçün bir mərhələ keçmək də pis nəticə deyil.

Ölkənin ilk görüşdən qalib ayrılan yeganə təmsilçisi Bakı "İnter"i Lüksemburqda "Fola Eş"in qonağı oldu. Zaur Svanadzenin baş məşqçi olduğu komanda səfərdə böyük hesablı məğlubiyyıtdən qaça bilmədi.

Nəhayət, "Qəbələ" Polşada "Yagelloniya" ilə üz-üzə gəldi. İlk oyunda Bakıda 1:1 hesablı heç-heçə qeydə alındığından, "qırmızı-qaralar" səfərdə ən azı minimal hesabla qalib gəlməli və ya daha çox qol vurmaqla heç-heçəyə nail olmalı idi. Roman Qriqorçukun yetirmələri lazımi nəticəni artıqlaması ilə əldə etdi. Avroliqanın III təsnifat mərhələsində "Qəbələ"ni Yunanıstan "Panatinaikos"u gözləyir.

Avropa Liqası, II təsnifat mərhələsi

Cavab görüşləri

21:00. "Zirə" (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya) 0:0

Baş hakim: Georgi Vadaçkoriya

Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili

Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

Bakı, "Dalğa Arena"

İlk oyun - 1:3

21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan) 4:1

Hadji, 21. Saiti, 32, Laterza, 59. Sakras, 90+4 - Azad-Fərzad, 70.

Baş hakim: Donatas Rumsas

Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov

Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)

UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

Eş sür-alzett, "Emil Mayriş" stadionu

İlk oyun - 0:1

23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) 0:2

İ. Qurbanov, 18. Ozobiç, 88.

Baş hakim: Konstantin Sebastian Koltesku

Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa

Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)

UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Belostok, "Miejski" stadionu

İlk oyun - 1:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm