Prezidenti 214 dollara transfer etdilər - VİDEO
Bizi izləyin

İdman

Prezidenti 214 dollara transfer etdilər - VİDEO

Prezidenti 214 dollara transfer etdilər - VİDEO

Dünya futbolunda ilk dəfə bir dövlət başçısı yaşıl meydanlara peşəkar futbolçu kimi daxil olacaq.

Publika.Az xəbər verir ki, 54 yaşlı Boliviya prezidenti Evo Morales Boliviya 1-ci Liqasında çıxış edən “Sport Boys”la müqavilə imzalayıb. Klub rəhbərliyi tərəfindən verilən açıqlamada Moralesin matçlarda 20 dəqiqə oynayacağı bildirilir. Bu, dövlət başçısının sıx proqramı ilə əlaqədardır.

Evo Morales “Sport Boys”la bağladığı müqaviləyə görə, ölkədəki minimum əmək haqqı qədər - 214 dollar məvacib alacaq. Prezident klubda 10 nömrəli forma ilə çıxış edəcək.

Millət vəkili Edvin Tupa bununla bağlı belə açıqlama verib:

"Peşəkar şəkildə futbol oynamaq prezidentimiz üçün bir yuxunun gerçəyə çevrilməsi idi".

Qeyd edək ki, Boliviya prezidenti Evo Morales 2006-cı ildə oynadığı bir matçda qapıçı ilə toqquşaraq burnunu qırıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm