• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

İngiltərə futbolunda YENİLİK

  • İdman
  • 31 İyul 2017 23:35
  • 743 Baxış
İngiltərə futbolunda YENİLİK

2017/18 mövsümündə İngiltərə futbolunda yeni sistemdən istifadə olunacaq.

Publika.az xəbər verir ki, İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.

Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s.

Bu üsulu tennisdəki tay-brekə də bənzətmək olar.

Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR