Güləşçimiz erməni rəqibini məğlub edərək dünya çempionu oldu - - FOTO/VİDEO
Bizi izləyin

İdman

Güləşçimiz erməni rəqibini məğlub edərək dünya çempionu oldu - - FOTO/VİDEO

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb.

Publika.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub.

50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

50 kq

FİNAL - Şahin Muxtarov - Karen Zurabyan (ARM) 7:5

1/2 final - Şahin Muxtarov - Aslan Minkailov (RUS) 3:2

1/4 final - Akbar Kenjebek Ulu (KGZ) - Şahin Muxtarov 0:10

1/8 final - Axtar Kieran İmran (CAN) - Şahin Muxtarov 0:12

60 kq

1/8 final - Əli Rəhimzadə - Ravinder Ravinder (İND) 4:5

1/16 final - Əli Rəhimzadə - Ahmed Hassan Ahmed Mohamed (EGY) 4:1

74 kq

1/16 final - Radik Valiev (RUS) - İsmayıl Abdullayev 7:1

96 kq

1/16 final - Nishan Preet Randhava (CAN) - Alimaqomed Alixmayev (güləşçimiz xəstələndiyi üçün görüşə çıxmayıb)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm