Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulur
Bizi izləyin

İdman

Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulur

Pley-off mərhələsinin püşkatması avqustun 4-də keçiriləcək.

Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, baş tutacaq 14 matçdan sonra pley-offa vəsiqə qazanacaq bütün komandalar müəyyənləşəcək.

Türkiyə təmsilçisi “Başakşehir” səfərdə heç-heçə etdiyi “Brügge”ni qonaq edəcək. İlk oyunlarında bərabərlik qeydə alınan “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya) və “Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa) qarşılaşmaları da gərgin mübarizə vəd edir.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması avqustun 4-də keçiriləcək.

UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi, cavab oyunları

2 avqust

21:00. MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan)

İlk oyun – 2:0

21:00. BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya)

İlk oyun – 0:1

21:00. APOEL (Kipr) - “Vitorul” (Rumıniya)

İlk oyun – 0:1

21:45. “Başakşehir” (Türkiyə) - “Brügge” (Belçika)

İlk oyun – 3:3

22:00. “Kopenhagen” (Danimarka) - “Vardar” (Makedoniya)

İlk oyun - 0:1

22:15. “Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya)

İlk oyun - 2:2

22:15. “Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun – 1:3

22:30. “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail)

İlk oyun – 0:2

22:30. “Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya)

İlk oyun – 0:1

22:45. “Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya)

İlk oyun – 3:1

22:45. “Legiya” (Polşa) - “Astana” (Qazaxıstan)

İlk oyun – 1:3

22:45. “Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya)

İlk oyun – 1:1

22:45. “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya)

İlk oyun – 0:0

22:45. “Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa)

İlk oyun – 1:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm