“Qəbələ”nin Avroliqa macərası bitdi - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

“Qəbələ”nin Avroliqa macərası bitdi - (YENİLƏNDİ)

Görüş həlledici xarakter daşıyır.

Bu gün “Qəbələ” komandası Avropa Liqasında növbəti oyununa çıxıb.

Publika.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edib.

Səfərdə afinalılara 0:1 hesabı ilə uduzan “Qəbələ” pley-off mərhələsinə vəsiqə qazanmaqdan ötrü mütləq qalib gəlməli idi. Üstəlik, “qırmızı-qaralar” üçün qapılarını toxunulmaz saxlamaq da önəmli idi. İlk yar qolsuz başa çatdı. Oyunda hesabı meydan sahibləri açsa da, yunanlar 3 dəqiqəyə iki qol vuraraq bütün ümidlərimizi dəfn etdi.

Avropa Liqası. III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) 1:2

Rodriqo, 52-a/q - Lod, 623. Kabezas, 66.

Baş hakim: Kreyq Pauson

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn

Dördüncü hakim: Kevin Friend (hakimlər briqadası İngiltərədəndir)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)

Bakı. “Bakcell Arena”

İlk oyun – 0:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm