Fariz Nəcəfov: "Gücümüz bura qədər yetdi"
Bizi izləyin

İdman

Fariz Nəcəfov: "Gücümüz bura qədər yetdi"

"Bundan sonra çempionata hazırlaşacağıq. Gücümüz bura qədər yetdi".

Publika.az xəbər verir ki, bunu Avropa Liqasının III təsnifat mərhələsində də Yunanıstan təmsilçisi "Panatinaikos"a uduzan "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Klub rəsmisi bildirib ki, yeni gələn futbolçuların komandaya uyğunlaşmaları üçün yetərli zamanın olmaması öz mənfi təsirini göstərib: "Yunanıstandakı oyundan sonra bilirdik ki, Bakıda çətin olacaq. 10-15 dəqiqə oynaya bildik. Qalan vaxtda rəqib bizdən üstün idi. Əlbəttə, məğlubiyyətdə heyətin yenilənməsinin də rolu var. Bundan sonra fikrimizi Premyer Liqaya yönəldəcəyik və çempion olmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qəbələ" səfərdə "Panatinaikos"a 0:1, evdə isə 1:2 hesabı ilə uduzub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm