Arda Turan “Qalatasaray”da!
Bizi izləyin

İdman

Arda Turan “Qalatasaray”da!

Türkiyənin “Qalatasaray” futbol klubu Super Liqada yeni mövsümün başlanmasına bir həftə qalmış sürpriz transfer etmək istəyir.

Publika.az CNN Türk-ə istinadən xəbər verir ki, “sarı-qırmızılar” klubun keçmiş üzvü Arda Turanı mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır. Klub rəhbərliyi bu həftə yarımmüdafiəçinin məxsus olduğu İspaniyanın “Barselona” komandası ilə danışıqlar masasına oturacaq. Otuz yaşlı futbolçunun icarəsi üçün 2.5 milyon avro ödənilməsi nəzərdə tutulub. Bundan əlavə, Arda Turan illik 4 milyon avro qazanacaq.

Transferin baş tutması tamamilə katalonlardan asılıdır. Bununla yanaşı, türkiyəli ulduzun milli komandaya geri dönmək şansının da olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm