Kostanı atlar sağaldacaq
Bizi izləyin

İdman

Kostanı atlar sağaldacaq

Kostanı atlarla sağaldacaqlar

“Barselona” ilə qarşılaşmada zədələnən “Atletiko”nun hücumçusu Dieqo Kostanın Çempionlar Liqasının finalını buraxacağı ilə bağlı məlumat vermişdik.

Ancaq futbolçu bu situasiya ilə razılaşmır. O, əzələ zədəsini sağaltmaq və Çempionlar Liqasının finalında iştirak etmək üçün bütün mümkün variantlara əl atır.

Publika.az xəbər verir ki, Kosta bu məqsədlə xüsusi təyyarə ilə Belqrada gedib. Futbolçu serb həkim Maryana Kovaçeviçin klinikasına baş çəkib. Bu klinika əzələ zədələrinin tez sağalamasına görə Avropada ən məşhur klinikalardandır. Klinikada belə zədələrin tez sağalması üçün atlardan da yararlanırlar.

Kovaçeviç “Çelsi”nin futbolçusu Frenk Lempardı, “Mançester Yunayted”in hücumçusu Robin van Persini, “Mançester Siti”nin müdafiəçisi Vensen Kompanini rekord müddətə sağaltmaqla məşhurlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm