"Neymar "Barselona"lıya yaraşan hərəkəti etmədi"
Bizi izləyin

İdman

"Neymar "Barselona"lıya yaraşan hərəkəti etmədi"

"Barcelona"nın prezidenti Josep Mariya Bartomeu Neymarın PSJ-yə transfer olunmasına münasibət bildirib.

Publika.az bildirir ki, o, braziliyalı hücumçunun Kataloniya klubundan bu cür ayrılmasının xoş olmadığını deyib: "Neymar "Barselona" oyunçusuna yaraşan hərəkəti etmədi".

Klub rəhbəri bildirib ki, ötən il Neymarın "Barsa"dan ayrıla biləcəyindən şübhələniblər: "Ona görə də Neymarla ötən il müqavilə imzalayanda təzminat qiymətini 222 milyon avroya yüksəltdik. Komandada qalsaydı, onun timsalında möhtəşəm oyunçunu heyətimizdə saxlayacaqdıq. Getsəydi, klubumuza yeni və rəqabətə hazır oyunçular qatmaq üçün yaxşı büdcə əldə edəcəkdik".

Bartomeu heç bir oyunçunun "Barselona"dan böyük olmadığını vurğulayıb: "Messi və İnyestanın kluba olan sədaqəti hər bir oyunçuya örnək olmalıdır".

Qeyd edək ki, Neymar PSJ ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalayıb. Bu transfer üçün Paris klubu 222 milyon avro təzminat ödəyib. QOL.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm