"Qarabağ"-"Kopenhagen" matçının biletləri bu tarixdə SATIŞA ÇIXARILACAQ
Bizi izləyin

İdman

"Qarabağ"-"Kopenhagen" matçının biletləri bu tarixdə SATIŞA ÇIXARILACAQ

Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ"-"Kopenhagen" (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Publika.az xəbər verir ki, klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, azarkeşlər avqustun 12-də saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara 1 - 10 manat, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ" – “Kopenhagen" görüşü saat 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm