“Qarabağ” – “Kopenhagen” oyununun biletlərinin satışa çıxarılacağı tarix bilindi
Bizi izləyin

İdman

“Qarabağ” – “Kopenhagen” oyununun biletlərinin satışa çıxarılacağı tarix bilindi

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının biletlərinin satış tarixi bəlli olub.

Publika.az bildirir ki, qarşılaşmanı izləmək istəyən azarkeşlər avqustun 12-dən – şənbə günündən etibarən bilet ala biləcəklər.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkün olacaq. Qiymətlər sektorlara görə 1, 2, 3, 5 və 10 manat arasında satılacaq. VİP biletlər isə 50 manat dəyərində olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də Bakıda keçiriləcək və 21:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm