"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı
Bizi izləyin

İdman

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı

“Barselona” braziliyalı futbolçu Filippe Koutinyo üçün “Liverpul”a ikinci dəfə təklif göndərib.

Publika.az bildirir ki, İngiltərə klubu bu dəfə də “Barsa”nın təklifini rədd edib.

"Barselona" Koutinyo üçün 85 milyon avro təklif edib. Ancaq ingilislər yarımmüdafiəçini satmaq istəməyib.

Qeyd edək ki, daha əvvəl Kataloniya klubunun Koutinyo ilə razılığa gəldiyi haqda xəbərlər yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm