8 yaşlı qızı oğlan sanıb komandanı diskvalifikasiya etdilər
Bizi izləyin

İdman

8 yaşlı qızı oğlan sanıb komandanı diskvalifikasiya etdilər

8 yaşlı amerikalı qız futbolçu Milaqros Hernandes saçlarını uzatmağı sevmir. Publika.az BBC-yə istinadən xəbər verir ki, "Mili" ləqəbli başaca futbolçu uşaqlıqdan qısa saçlarla gəlir. Amma bu seçimi ona və komandasına baha başa gəlib.

Onun çıxış etdiyi "Azzuri-Cubs Chicas" komanlası iyun ayında Springfield şəhərində qız futbolçular arasında keçirilən turnirdə iştirak edib. Lakin finala çıxan komanda diskvalifikasiya edilib. Buna səbəb turnir təşkilatçılarının "Mili"ni oğlan sanması olub. Rəqib komandanın şikayətindən sonra təşkilatçılar "Azzuri-Cubs Chicas"ın oğlan futbolçu oynatmasına qərar verib və komandanı yarışlardan kənarlaşdırıb.

Daha sonra "Mili"nin turnirdə oğlan olaraq qeydiyyatdan keçirildiyi müəyyənləşib. Milaqrosun komanda yoldaşları ona dəstək olaraq saçlarını kəsdirib. Bundan sonra dünyanın hər tərəfindən qadın futbolçular sosial media vasitəsi ilə 8 yaşlı "Mili"yə dəstək verib.

Milaqrosun atası Cerardo Hernandes qızının görüntüsünə görə bütün komandanın diskvalifikasiya edilməsindən sonra "Mili"nin şok keçirdiyini bildirib. Ata Hernandes qızının sosial təhlükəsizlik kartını turnir təşkilatçılarına təqdim edib, amma qərar dəyişdirilməyib.

Təşkilatçılar yaydıqları ilk açıqlamada "Qızlar komandasına oğlan oyunçu daxil edərək turnir qaydalarını pozublar" deyərək qərarlarını müdafiə ediblər.

Turniri təşkil edən Nebraska Əyaləti Futbol Dərnəyi (NSS) tez-tez belə arzulanmaz səhvlərin baş verdiyini açıqlayıb. NSS-in açıqlamasında "yalnış anlaşılma"ya görə futbolçuların ailələrindən üzr istəyib. Dərnəyin rəhbəri Casey Mann isə "Dərnək əsla bir oyunçunun görünüşünə görə bir qız komandasını diskvalifikasiya etməz" deyib.

Bu açıqlama da aranın sakitləşməsinə səbəb olmayıb. Springfield turnirinin təşkilatçıları daha bir açıqlama yayaraq "Azzuri-Cubs Chica" komandasının ardıcıl bir neçə hiyləyə əl atdığından diskvalifikasiya olunduğunu bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm