Ramil Quliyev Ərdoğanla görüşəcək - ÖZƏL AÇIQLAMA
Bizi izləyin

İdman

Ramil Quliyev Ərdoğanla görüşəcək - ÖZƏL AÇIQLAMA

Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatında Türkiyəni təmsil edən və dünya çempionu adına layiq görülən həmyerlimiz Ramil Quliyevin qələbəsi günlərdir mediada geniş müzakirələrə səbəb olub. Hər iki ölkənin dövlət başçısı qələbə münasibəti ilə Ramili təbrik edib.

Publika.az- olaraq Ramil Quliyevin məşqçisi Azərbaycan vətəndaşı olan əməkdar məşqçi Oleq Muxin ilə əlaqə saxlayıb.

O bildirib ki, Ramilin dünya çempionu olması atasının arzusu idi:

“Ramilin qələbəsi bizim üçün gözlənilən idi. O, bu qələbə üçün çox əziyyət çəkib. Artıq neçə gündür çoxsaylı zənglər alırıq. Hər kəs təbrik edir, xoş arzularını bildirir. Ramil başda öz həmvətənləri olmaqla hər kəsə diqqət və qayğılarına görə təşəkkür edir”.

Məşqçi onu da qeyd etdi ki, hazırda onlar prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gedirlər:

“Biz hazırda hava limanındayıq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedirik. Orda prezident Ramili qəbul edəcək. Daha sonra isə İstanbula yola düşəcəyik”.

Ramil Quliyevin Azərbaycana geri qayıtması və yenidən yarışlarda Azərbaycanı təmsil etməsi ilə bağlı sualımıza isə Oleq Muxin belə cavab verdi:

“Bu, birbaşa Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) verə biləcəyi qərardı. Bu suala onlar cavab verə bilər. Hazırda bütün giriş-çıxışlar bağlıdır. Ona görə də konkret cavab vermək çətindir".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm