Bu gün “Qarabağ” tarixi oyuna çıxır - ilk gün daha 4 qarşılaşma olacaq
Bizi izləyin

İdman

Bu gün “Qarabağ” tarixi oyuna çıxır - ilk gün daha 4 qarşılaşma olacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında “pley-off” mərhələsinə start veriləcək.

Publika.az bildirir ki, ilk gün beş qarşılaşma baş tutacaq.

Açılış matçında Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Daha dörd oyun isə Bakı vaxtı ilə saat 22:45-də başlayacaq:

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)

“Yanq Boyz” (İsveçrə) - MOİK (Moskva, Rusiya)

APOEL (Kipr) - “Slaviya” (Praqa, Çexiya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm