Vitse-prezident 6 milyonluq yeyinti ilə bağlı danışdı
Bizi izləyin

İdman

Vitse-prezident 6 milyonluq yeyinti ilə bağlı danışdı

Vitse-prezident 6 milyonluq yeyinti ilə bağlı danışdı

Aparılıan yoxlamalardan sonra “Neftçi”də 6 milyon manatlıq yeyintinin üzə çıxarıldığı barədə məlumat vermişdik. Məsələ ilə bağlı klubun mövqeyini mətbuat katibi Gündüz Abbaszadədən öyrənmişdik. Buna baxmayaraq, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov da publika.az-la əlaqə saxlayaraq onun mövqeyini dərc etməyimizi xahiş etdi. Vitse-prezident məsələyə belə münasibət bildird:“Bu ötürülən məlumat tamamilə şayiədir, yalandır. O etibarlı mənbələr, dezinformasiyaları yayanlar kimlərdirsə, onları da gətirsinlər, biz də yığılaq, 9 milyonluq xalqın qarşısında mətbuat konfransı keçirək, hesabat verək. Final görüşündən sonra bu hesabatı verməyə hazırıq. Vurğulayıram ki, son 4-5 ildə “Neftçi” Azərbaycan futboluna milyonlar qazandırıb. Bunu heç bir klub etməyib”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm