İdman
DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.
Publika.az bildirir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ikinci yarış günündə 59, 66, 80 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimizdən Elvin Mürsəliyev bürünc medal qazanıb.
80 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya çempionu Roman Vlasovu gərgin keçən qarşılaşmada məğlub edib. 1/8 finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə Mərakeş idmançısından üstün olub. Yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Bolqarıstan idmançısı Daniel Aleksandrovu üstələyən güləşçimiz bürünc medal qazanıb.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO