İdman
”Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib”- Belçikalı aktyor
“Özüm futbol azarkeşi olduğum üçün “Qarabağ” klubunun Avropa liqalarında oyunlarını izləyirəm. Bu gün “Qarabağ”la qürurlanmamaq mümkün deyil. Azərbaycan futbolunun bu səviyyədə Avropanın nüfuzlu liqalarında çıxış etməsi böyük hadisədir”.
Diaspora hərəkatının fəallarından biri Elnur Eltürkün Publika.az-a verdiyi məlumata görə, bu sözləri Belçikanın tanınmış komediya aktyoru Erhan Demirçi 23 avqustda baş tutacaq “Qarabağ”-“Kopenhagen” oyunu ilə bağlı fikirlərini şərh edərkən bildirib:
“İşlərimin çoxluğu ilə bağlı oyuna gedə bilməsəm də, belçikalı dostlarımla “Qarabağ”ın oyununu izləyəcəm. “Qarabağ” bizim ürəyimizdir. Arzumdur ki, bu il “Qarabağ”ı Çempionlar Liqasında görə bilək. Çempionlar Liqası Azərbaycana yaraşır. “Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib. ”Qarabağ”a uğurlar arzulayıram”.
Qeyd edək ki, Erhan Demirçi əslən Azərbaycan türküdür. Babaları İrəvana yaxın olan Dəmirçi kəndindəndirlər. Aktyorun atası Ayhan Demirçi Belçika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Avropada erməni diasporuna qarşı ciddi mübarizə aparan şəxslərdən biridir.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı