Azərbaycan klubu TARİXDƏ İLK DƏFƏ Çempionlar Liqasının qrup mərhələsində
Bizi izləyin

İdman

Azərbaycan klubu TARİXDƏ İLK DƏFƏ Çempionlar Liqasının qrup mərhələsində

Ağdamın “Qarabağ” klubu Azərbaycan futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna Danimarkada “Kopenhagen”lə “pley-off” mərhələsinin cavab oyununda lazımı nəticəni təmin etməklə nail olub.

Bakıda baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ”, rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində yoluna qitənin ən nüfuzlu klub turnirində davam edib.

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Monakoda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Çempionlar Liqası

"Pley-off” mərhələsi, cavab oyunu

23 avqust

"Kopenhagen” (Danimarka) - "Qarabağ” (Azərbaycan) - 2:1

Qol: Federiko Santander, 45. Andriya Pavloviç, 66 - Dino Ndlovu, 63

Baş hakim: Alberto Undiano Malyenko

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hakimlər briqadası İspaniyadandır)

Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. "Parken” stadionu

İlk oyun – 0:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm