Çempionlar Liqası: "Çelsi", "Atletiko" və "Roma" Bakıya gəlir - (YENİLƏNİB)
Bizi izləyin

İdman

Çempionlar Liqası: "Çelsi", "Atletiko" və "Roma" Bakıya gəlir - (YENİLƏNİB)

Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Monakoda təşkil olunmuş təntənəli tədbirdə Azərbaycan tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil olunan "Qarabağ"ın da rəqibləri müəyyənləşib.

Ağdam komandası C qrupunda "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya) və "Roma" (İtaliya) klublarına rəqib olub.

Püşkü İtaliya "Roma"sının əfsanəvi kapitanı Françesko Totti və Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko çəkib.

UEFA-nın Yarışlar üzrə Departamentinin rəhbəri Corco Marketti çıxışında "Qarabağ"ın ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə yüksəldiyini vurğulayıb.

İlk turun oyunları sentyabrın 12-13-də keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu

“Benfika” (Portuqaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Bazel” (İsveçrə)

MOİK (Rusiya)

B qrupu

“Bavariya” (Almaniya)

PSJ (Fransa)

“Anderlext” (Belçika)

“Seltik” (Şotlandiya)

C qrupu

“Çelsi” (İngiltərə)

“Atletiko” (İspaniya)

“Roma” (İtaliya)

“Qarabağ” (Azərbaycan)

D qrupu

“Yuventus” (İtaliya)

“Barselona” (İspaniya)

“Olimpiakos” (Yunanıstan)

“Sportinq” (Portuqaliya)

E qrupu

“Spartak” (Rusiya)

“Sevilya” (İspaniya)

“Liverpul” (İngiltərə)

“Maribor” (Sloveniya)

F qrupu

“Şaxtyor” (Ukrayna)

“Mançester Siti” (İngiltərə)

“Napoli” (İtaliya)

“Feyenord” (Hollandiya)

G qrupu

“Monako” (Fransa)

“Porto” (Portuqaliya)

“Beşiktaş” (Türkiyə)

“Leypsiq” (Almaniya)

H qrupu

“Real” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya)

“Tottenhem” (İngiltərə)

APOEL (Kipr)

***

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Publika.az xəbər verir ki, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünəcək.

Monakoda təşkil olunan tədbirdə ilk dəfə Azərbaycan da təmsil olunur.

Beşqat Azərbaycan çempionu “Qarabağ” qitənin ən güclü 32 komandası arasında yer aldığından bugünkü tədbirdə rəqiblərini tanıyacaq. Artıq komandalar reytinqlərinə görə səbətlərə bölünüb.

Çempionlar Liqası. Qrup mərhələsi

I səbət

“Real” (İspaniya)

“Bavariya” (Almaniya)

“Çelsi” (İngiltərə)

“Yuventus” (İtaliya)

“Benfika” (Portuqaliya)

“Monako” (Fransa)

“Spartak” Moskva

“Şaxtyor” (Ukrayna)

II səbət

“Barselona” (İspaniya)

“Atletiko” (İspaniya)

PSJ (Fransa)

“Borussiya” (Dortmund, Almaniya)

“Sevilya” (İspaniya)

“Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya)

“Mançester Yunayted” (İngiltərə)

III səbət

“Napoli” (İtaliya)

“Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə)

“Olimpiakos” (Yunanıstan)

“Anderlext” (Belçika)

“Roma” (İtaliya)

“Beşiktaş” (Türkiyə)

“Liverpul” (İngiltərə)

IV səbət

“Seltik” (Şotlandiya)

“Qarabağ” (Azərbaycan)

APOEL (Kipr)

“Sportinq” (Portuqaliya)

MOİK (Rusiya)

“Feyenord” (Hollandiya)

“Maribor” (Sloveniya)

“Leypsiq” (Almaniya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm