• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Avropa Liqası: Sabiq "Xəzər Lənkəran"lı "Fənər"in son ümidini "dəfn etdi"

  • İdman
  • 25 Avqust 2017 01:18
  • 954 Baxış
Avropa Liqası: Sabiq "Xəzər Lənkəran"lı "Fənər"in son ümidini "dəfn etdi"

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək bütün komandaların adları müəyyənləşib.

"Report" xəbər verir ki, tam siyahı turnirin "play-off" mərhələsinin cavab görüşləri yekunlaşdıqdan sonra məlum olub.

Türkiyənin "Fənərbağça" klubu Makedoniyada 0:2 hesabı ilə uduzduğu "Vardar"a Türkiyədə də yenilib - 1:2. Skopye komandasının qələbə topunu uzatma dəqiqələrində vaxtilə "Xəzər Lənkəran"da çıxış etmiş Nikola Qliqorov vurub.

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sı Belarus BATE-sini üstələyə bilməyib. Səfərdə heç-heçə etməsinə rəğmən, evində uduzan ukraynalılar turnirlə vidalaşıblar. Paşayev isə yenə meydana çıxmayıb.

Cavab görüşlərindən sonra 22 komanda qrupa adlayıb. Onlara qrupda birbaşa iştirak hüququna malik 16 klub və Çempionlar Liqasının "play-off" mərhələsində mübarizəni dayandırmış 10 kollektiv qoşulub.

Qrup mərhələsinin bütün iştirakçıları:

Birbaşa qatılanlar: "Arsenal" (İngiltərə), "Lion" (Fransa), "Vilyarreal" (İspaniya), "Latsio" (İtaliya), "Real Sosyedad" (İspaniya), "Lokomotiv" (Moskva, Rusiya), "Herta" (Almaniya), "Köln" (Almaniya), "Setubal" (Portuqaliya), "Atalanta" (İtaliya), "Sulte Varegem" (Belçika), "Zarya" (Luqansk, Ukrayna), "Konyaspor" (Türkiyə), "Vitess" (Hollandiya), "Zlin" (Çexiya), "Luqano" (İsveçrə)

Çempionlar Liqasından gələnlər: "Kopenhagen" (Danimarka), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Nitsa" (Fransa), "Astana" (Qazaxıstan), "Hoffenhaym" (Almaniya), "Riyeka" (Xorvatiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Başakşehir" (Türkiyə), "Slaviya" (Praqa, Çexiya)

Avroliqanın "play-off" mərhələsini adlayanlar: "Viktoriya" (Plzen, Çexiya), "Dinamo" (Kiyev, Ukrayna), "Ostersun" (İsveç), "Şerif" (Moldova), "Zenit" (Rusiya), BATE (Belarus), "Makkabi" (Təl-Əviv, İsrail), "Zalsburq" (Avstriya), "Lüdoqorets" (Bolqarıstan), "Vardar" (Makedoniya), "Partizan" (Serbiya), "Skenderbeu" (Albaniya), "Apollon" (Kipr), AEK (Yunanıstan), "Marsel" (Fransa), "Rusenborq" (Norveç), "Braqa" (Portuqaliya), "Atletik" (Yunanıstan), "Milan" (İtaliya), "Everton" (İngiltərə), "Srvena Zvezda" (Serbiya), "Austriya" (Avstriya)

Püşkatma mərasimi bu gün Monakoda təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Avropa Liqası, "play-off” mərhələsi, cavab oyunları

24 avqust

20:00. AEK (Kipr) - "Viktoriya” (Plzen, Çexiya) - 0:0

İlk oyun - 1:3

20:45. "Dinamo” (Kiyev, Ukrayna) - "Maritimu” (Portuqaliya) - 3:1

Qollar: Denis Qarmaş, 33. Nikolay Morozyuk, 35. Derlis Qonsales, 61 - Erdem Şen, 68

İlk oyun – 0:0

21:00. "Ostersun” (İsveç) - PAOK (Yunanıstan) - 2:0

Qollar: Saman Qoddos, 71; 77

İlk oyun – 1:3

21:00. "Şerif” (Moldova) - "Legiya” (Polşa) - 0:0

İlk oyun – 1:1

21:00. "Zenit” (Rusiya) – "Utrext” (Hollandiya) - 2:0 (əlavə vaxt - 1:0)

Qollar: Aleksandr Kokorin, 9; 105

İlk oyun – 0:1

21:00. "Aleksandriya” (Ukrayna) - BATE (Belarus) - 1:2

Qollar: Vasili Xritsuk, 34-penalti ilə - Mirko İvaniç, 70; 73

İlk oyun – 1:1

21:00. "Makkabi” (Təl-Əviv, İsrail) - "Altax” (Avstriya) - 2:2

Qollar: Vidar Orn Kyartansson, 41. Şeran Yeini, 73 - Hannes Ayqner, 20. Filip Netser, 59

İlk oyun – 1:0

21:00. "Zalsburq” (Avstriya) - "Vitorul (Rumıniya) - 4:0

Qollar: Munas Dabbur, 7. Fredrik Qulbrandsen, 38. Valon Berişa, 52-penalti ilə. Amadu Haydara, 88

İlk oyun – 3:1

21:30. "Suduva” (Litva) - "Lüdoqorets” (Bolqarıstan) - 0:0

İlk oyun – 0:2

21:30. "Fənərbağça” (Türkiyə) - "Vardar” (Makedoniya) - 1:2

Qollar: Roman Nöyştadter, 61 - Jambul Jiqauri, 68. Nikola Qliqorov, 90+1

İlk oyun – 0:2

22:00. "Videoton” (Macarıstan) - "Partizan” (Serbiya) - 0:4

Qollar: Leandre Tavamba, 6. Seyduba Suma, 24. Uroş Curceviç, 35; 87

İlk oyun – 0:0

22:00. "Skenderbeu” (Albaniya) - "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:0

İlk oyun – 1:1

22:00. "Midtyulland” (Danimarka) - "Apollon” (Kipr) - 1:1

Qollar: Rilvan Hassan, 10 - Andre Şembri, 50

İlk oyun – 2:3

22:00. AEK (Yunanıstan) - "Brügge” (Belçika) - 3:0

Qollar: Lazaros Xristodulopulos, 27-penalti ilə. Andre Simoes, 39; 90+1

İlk oyun - 0:0

22:45. "Marsel” (Fransa) - "Domjale” (Sloveniya) - 3:0

Qollar: Valer Jermen, 28; 56. Florian Tovin, 85

İlk oyun – 1:1

22:45. "Rusenborq” (Norveç) - "Ayaks” (Hollandiya) - 3:2

Qollar: Niklas Bendtner, 26. Samuel Adeniyi Adeqbenro, 80; 89 - Amin Yunes, 60. Lasse Şöne, 61

İlk oyun – 1:0

22:45. "Braqa” (Portuqaliya) - "Hafnarfyordur” (İslandiya) - 3:2

Qollar: Paulinyo, 39; 80. Dieqo Souza, 90+3 - Bödvar Bödvarsson, 16; 51

İlk oyun – 2:1

22:45. "Atletik” (İspaniya) - "Panatinaikos” (Yunanıstan) - 1:0

Qol: İker Munyain, 22

İlk oyun – 3:2

22:45. "Şkendiya” (Makedoniya) - "Milan” (İtaliya) - 0:1

Qol: Patrik Kutron, 13

İlk oyun – 0:6

23:00. "Hayduk” (Xorvatiya) - "Everton (İngiltərə) - 1:1

Qollar: Yosip Rudoşeviç, 43 - Gilfi Siqurdsson, 46

İlk oyun – 0:2

23:00. "Srvena Zvezda” (Serbiya) - "Krasnodar” (Rusiya) - 2:1

Qollar: Nemanya Radonyiç, 7. Quelor Kanqa, 46 - Andreas Qrankvist, 82-penalti ilə

İlk oyun – 2:3

23:05. "Austriya” (Avstriya) - "Osiyek” (Xorvatiya) - 0:1

Qol: Qabriel Boban, 62

İlk oyun – 2:1.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR