Azərbaycan Premyer Liqası: “İnter” - “Səbail” 1:0
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqası: “İnter” - “Səbail” 1:0

Mövsümün ilk qırmızı vərəqəsini kim aldı?

Avqustun 25-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna start verilib. Turun ilk oyununda ötən mövsümün bürünc mükafatçısı, paytaxtın “İnter” komandası debütant “Səbail”i qəbul edib.

Publika.az xəbər verir ki, “İnter Arena”da keçirilən matçın ilk hissəsində “İnter” hesabı açıb. Görüşün 4-cü dəqiqəsində Mirhüseyn Seyidovun ötürməsindən sonra Nizami Hacıyev fərqlənib. İnqilab Məmmədovun idarə etdiyi matçın 63-cü dəqiqəsində meydan sahiblərinin heyətində Tərlan Quliyev Azərbaycan Premyer Liqasında mövsümün ilk qırmızı vərəqəsini alaraq komandasını azlıqda qoyub. Lakin bu, hesaba təsir etməyib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və “İnter” 1:0 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm