İdman
26 yaşlı üçqat dünya çempionu: Hacı həm də xanəndə imiş... - - FOTO/VİDEO
Ötən gün Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanaraq rekorda imza atıb. Güləşçimiz müstəqil Azərbaycan tarixində 3 qat dünya çempionu olan ilk güləşçi kimi adını tarixə yazdıra bilib. Hacı bundan əvvəl 2014-cü ildə Daşкənddə, 2015-ci isə ildə Las-Veqasda keçirilən Dünya Çempionatının qalibi olub.
Hacı Azər oğlu Əliyev 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində
anadan olub. 1997-2008-ci illərdə Naxçıvan şəhərində yerləşən 12
nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev 2008-2012-ci
illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında
(ADBTDİ) ali təhsil alıb. Güləş müəllimi olan atası Hacının böyük
idmanda olmasını istəyib. Hacı Əliyev 1999-cu ildə böyük qardaşı
Yaşar Əliyevlə birlikdə sərbəst güləşlə məşğul olmağa başlayıb.
Ailədə ilk böyük uğuru elə qardaşı qazanıb.
Yaşar Əliyev 2013-cü ildə Avropa Çempionatında bürünc medal
qazanıb. Hacı isə ilk uğurunu 2008-ci ildə Türkiyədə yeniyetmələr
arasında keçirilən "Qələbə Kuboku" turnirində qazanıb. O, həmin
yarışın bürünc medalçısı olub. Bundan sonra Hacı yeniyetmələr
arasında Avropa Çempionatının və gənclər arasında Azərbaycan
Çempionatının gümüş medalını qazanıb. Həmçinin ölkə daxilində
keçirilən müxtəlif yarışlarda birinci olub. 18 yaşında (2009-cu
ildə) Azərbaycan Kubokuna sahib olan Hacı Əliyev yığmaya dəvət
olunub. Bundan sonra bir sıra yarışlarda uğur qazanıb.
2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa
Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc
medalçısı olub.
Bu uğurlardan sonra Hacı 2015-ci ildə "Tərəqqi" medalı, 2016-cı
ildə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə
təltif edilib. O, həmçinin 2014, 2015 və 2016-cı illərdə Gənclər və
İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşıları" mükafatına
layiq görülüb.
Hacı Əliyev güləşlə yanaşı pianoda ifa edir, məlahətli səsilə xalq
mahnılarını oxumağı bacarır.
2014-cü ildə ailə həyatı quran güləşçinin Aişə adında qız övladı
var.
Azvizion.az
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”