"Qarabağ" məşhur futbolçular transfer edir - RƏSMİ
Bizi izləyin

İdman

"Qarabağ" məşhur futbolçular transfer edir - RƏSMİ

Yay transfer "pəncərə"si avqustun 31-də bağlanacaq. Hazırda "Qarabağ" futbol klubu heyətinə yeni futbolçuların transfer edilməsi istiqamətində danışıqlar aparılır.

Publika.az xəbər verir ki, modern.az-a açıqlamasında "Qarabağ" Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Klub rəsmisi bildirib ki, sentyabrın 12-də "Çelsi" ilə keçiriləcək oyuna qədər "Qarabağ"ın heyətinə yeni futbolçuların transfer olunacağı gözlənilir.

"Hesab edirəm ki, transfer olunacaq futbolçunun və onun komandasının adını çəkmək düzgün deyil. Çünki danışıqlar klub və futbolçu ilə fərdi qaydada həyata keçirilir. Hazırda bir neçə tanınmış futbolçu ilə danışıqlar aparılır. Danışıqlar nəticəsində asılı olaraq, "Qarabağ" heyətinə 1-2 futbolçu daxil edə bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm