“Qəbələ” Koreya Respublikasında keçirilən turnirdə təmsil olunur
Bizi izləyin

İdman

“Qəbələ” Koreya Respublikasında keçirilən turnirdə təmsil olunur

Koreya Respublikasının Kyoncu şəhərində 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə start verilib. Qəbələ ilə qardaşlaşmış şəhərdə təşkil olunan yarışa “Qəbələ” Futbol Akademiyasının U-13 komandası da qatılıb.

Publika.az xəbər verir ki, Qəbələ Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfovun rəhbərlik etdiyi nümayəndə heyəti Kyoncu meriyasının qonağı olub. Şəhərin meri “qırmızı-qaralar”ı qəbul edib, onlara xüsusi diqqət göstərib. O, həmçinin “Qəbələ”nin oyununu da izləyib. Qardaşlaşmış şəhərlərin nümayəndələri arasında rəsmi görüş də baş tutub. Kyoncu şəhər rəhbərliyi komandamızın üzvləri üçün ziyafət təşkil edib.

“E” qrupunda çıxış edən “qırmızı-qaralar” turnirdə 4 matç keçiriblər. Komandamız ilk oyununda Yaponiyanın “Nara” klubunu məğlub edib – 4:1. U-13-ün heyətində Ömər Qurbanov 2, Sadiq Şəfiyev və Murad Musayev hərəyə 1 dəfə fərqləniblər. Ardınca İspaniyanın “Selta” və Koreyanın “Çonqyonq” klubları ilə görüşən “Qəbələ” hər iki matçda 0:2 hesabı ilə uduzub. Ardınca futbolçularımız Yaponiyanın “İçinomiya” komandasına qalib gəlib – 3:2. Bu matçda komandamızın qollarını Elmir Hüseynli, Okan Təhməzli və Murad Musayev vurublar.

Qrup mərhələsində “Selta” və “Çonqyonq” daha çox – 9 xal toplayıb. “Qəbələ” “İçinomiya” ilə eyni 6 xal toplasa da, yaponiyalılar daha yaxşı top fərqinə malik 3-cü olub. Qrup dördüncüsü olan “qırmızı-qaralar” turnirdə növbəti oyunlarını avqustun 30-da keçirəcəklər. Komandamız Yaponiyanın “Vejitto” və Tailandın BBC klubları ilə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm