• USD 1,7000 0,00% EUR 1,9479 0,00%
    • GBP 2,2135 0,00% RUB 0,0259 0,00%

DÇ: Rüstəm Orucov gümüşlə kifayətləndi (YENİLƏNDİ)

  • İdman
  • Xəbərin vaxtı: 30 Avqust 2017 19:24    Yeniləndi: 30 Avqust 2017 20:21
DÇ: Rüstəm Orucov gümüşlə kifayətləndi (YENİLƏNDİ)

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Yığmamızın liderlərindən Rüstəm Orucov (73 kq) yarışa 1/32 finaldan başlayıb. Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakova (Kosova) ilə üz-üzə gəlib. Orucov rəqibini ipponla məğlub edib. O, ikinci görüşündə Pyer Dupratla güləşib və yenə qələbə qazanan tərəf olub. Rüstəm üçüncü görüşünü Behruzi Xocazodaya (Tacikistan) qarşı keçirib. Təmsilçimiz əlavə vaxtda rəqibini üstələyib. O, yarımfinala gedən yolda çinli Saiyinjiriqala ilə münasibətinə aydınlıq gətirib. Cüdoçumuz ipponla qalib gəlib.

Orucov yarımfinalda koreyalı Çanqrim Anla qarşılaşıb. Bu döyüş həmyerlimiz üçün çox asan alınıb. Olimpiya mükafatçımız rəqibini cəmi 31 saniyəyə məğlub edib. Rüstəm finalda komanda yoldaşı Hidayət Heydərova qalib gələn Soiçi Haşimoto (Yaponiya) ilə üz-üzə gəlib. Yapon idmançı bu dəfə də təmsilçimizdən güclü olduğunu göstərib. Orucov "qızıl xal"la uduzaraq gümüş medalla kifayətlənməli olub.

***

Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib.

Publika.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Avropa çempionu 1/2 finalda cənubi koreyalı Çanqrim Anı ipponla məğlub edib.

26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.

Azərbaycanın digər cüdoçusu, 73 kq çəki dərəcəsindəki gənc Avropa çempionu Hidayət Heydərov isə yarımfinalda yaponiyalı Soiçi Haşimotoya məğlub olub. 20 yaşlı idmançımız bürünc medal uğrunda monqolustanlı Qanbatar Odbayarla mübarizə aparacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>