Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
Bizi izləyin

İdman

Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, yığmamız Akko şəhərindəki "Munisipal" stadionunda İsrail komandası ilə qarşılaşıb. Qarşılaşma 3:1 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb.

Yığmamız seçmə mərhələdə növbəti oyununu sentyabrın 5-də “Dalğa Arena”da İrlandiya yığmasına qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm