• USD 1,7000 0,00% EUR 1,9828 0,00%
    • GBP 2,2148 0,00% RUB 0,0267 0,00%

Prosineçki: "Norveçdən 1 xal alacağımıza ümidliyəm"

  • İdman
  • 1 Sentyabr 2017 00:33
Prosineçki: "Norveçdən 1 xal alacağımıza ümidliyəm"

Sabah DÇ-2018-in seçmə qrup oyunu çərçivəsində səfərdə Norveçlə üz-üzə gələcək Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki qarşılaşmadan öncə mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, oyun haqda fikirlərini bölüşən xorvatiyalı eyni zamanda jurnalistlərin suallarını da cavablandırıb:

- Əvvəlki oyunlara baxanda bu dəfə hazırlıq üçün çox az vaxtımız oldu. Cəmi 3 gün komanda ilə hazırlıq keçmək imkanımız oldu. Bununa belə, düşünürəm ki, oyuna yaxşı hazırlaşa bilmişik. Çətin oyun olacaq. Bilirik ki, rəqib də bu oyuna ciddi hazırlaşıb və sabah meydançaya revanş üçün çıxacaqlar. Onların Çexiya ilə oyunlarına da baxmışıq və buna əsasən deyərdim ki, Norveç millisi hazırda çox güclüdü. Həm də onlarda çox dəyişiklik olub.

- Rəqiblə müqayisədə siz öz komandanızda hansı dəyişiklikləri edəcəksiz?
- Sabah biz Şimali İrlandiyaya qarşı Bakıda göstərdiyimiz oyunu oynasaq, çox yaxşı olacaq. Həmin oyunu çox yaxşı oynamışdıq, amma təəssüf ki, 90 dəqiqə ərzində rəqibin cəmi bir epizodu oldu, onu da qola çevirdi. Çətin olsa da, mən öz komandama inanıram və ümid edirəm ki, sabahkı oyundan 1 xal götürə biləcəyik.

- Namiq burda əyləşibsə, deməli sabah start heyətində oynayacaq. Onu hansı xüsusiyyətinə görə Norveçə qarşı oynadacaqsız?
- Namiqin burda əyləşməsi o demək deyil ki, o, sabah start heyətində oynayacaq. Sadəcə, istədim ki, mətbuat konfransına yeni futbolçular gəlsin və bu da yeni təcrübədi. Ümumilikdə isə Namiq çox yaxşı futbolçudu və mən milliyə gələndən burda oynayır. Şimali İrlandiya ilə son oyunda da yaxşı oynamışdı. Sürəti var, təkbətək mübarizələrdə çox yaxşı təsir bağışlayır. Həm də siz Bədavi haqda niyə mənə eyni sualı vermirsiz?

- Çünki Bədavi daim əsas heyətdə oynayır.
- Ona görə oynayır ki, onun alternativi yoxdu.

- Üçüncü dəfədi Renat Dadaşovu milliyə çağırırsız, amma şans vermirsiz. Hansı ki, bir dəfə şans qazansa, tamamilə Azərbaycan millisinə məxsus futbolçu olacaq...
- Renat çox istedadlı futbolçudu və Azərbaycan futbolunun gələcəyidi. Amma unutmayaq ki, o, Almaniyada 19 yaşlı futbolçuların komandasında oynayır. Ona da şans veriləcək və ümid edirəm ki, o da bu şansdan istifadə edəcək. Tək Renat yox, Ramil Şeydayev və Mahir Mədətovun da adlarını çəkə bilərəm. Həm də ümid edirəm ki, Renat “Ayntraxt”ın əsas komandasında da oynamaq imkanı qazanacaq. Həm bu dəqiqə mənim bütün fikrim Norveçlə oyuna yönəlib. Nəinki kiməsə 5 dəqiqə şans verməyə.

- Ənənəvi olaraq, yenə start heyətini açıqlayacaqsız?
- Mən həmişə bunu edirəm. Sabahkı oyunda Şimali İrlandiyaya qarşı oynamış heyətə güvənəcəyik. Yalnız iki dəyişiklik olacaq: Ramil Şeydayev və Əfran İsmayılovun yerinə Mahir Mədətovla Namiq Ələsgərova şans verəcəm.

- Ramil Şeydayev və Emin Mahmudov klublarından ayrıldılar. Kamran Ağayev yeni klubunda uğursuz debüt elədi. Sabahkı oyunda onların psixoloji hazırlığı qaydasında olacaq?
- Hardasa təsir edəcək. Ramil “Jilina”nın əvəzedici komandasında oynasa da, potensialı olan futbolçudu və ona inanmaq lazımdı. Tək ona yox, digər gənc futbolçularımıza da. Sabah biz Mahirlə Namiqi inanaraq əsas heyətdə oyuna buraxacağıq. Çünki hər ikisi sürətlidir və bu üstünlüklərindən istifadə etmək istəyirik. Təəssüf ki, Ağabala zədədən sonra tam özünə gəlməyib. İstənlən halda, psixoloji cəhətdən problem olmayacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>