Alt paltarına 11000 AZN pul verən idmançı - - FOTOLAR
Bizi izləyin

İdman

Alt paltarına 11000 AZN pul verən idmançı - - FOTOLAR

Onun qarajında ümumi dəyəri 50 milyon dollardan çox olan 88 lüks model avtomobil var.

Boks üzrə dünyanın ən güclü çempionu Flod Meyvezer, Konor Makqreqoru 10-cu raundda texniki nokautla məğlub etdi. Çıxdığı 50 döyüşün hamısını qalibiyyətlə sonlandıran amerikalı boksçunun şəxsi həyatı haqqında inanılmaz faktlar ortaya çıxıb.

Publika.az amerikalı boksçunun lüks həyat anlayışı haqqında ən maraqlı faktları sizə təqdim edir.

Floyd bir boşqab yeməyə 1000 dollar pul ödəyir. Dünyanın maraqla gözlədiyi qarşılaşmasında qalib gələrək 300 milyon dollar qazanan Floyd eyni zamanda geyimlərini də sadəcə bir dəfə istifadə edir.

Dünyanın ən çox qazanan idmançısı adını alan Floyd sadəcə alt paltarlarına 6500 dollar pul sərf edir. Və hər birini sadəcə bir dəfə geyinir.

Maşın kolleksiyası olan Floyd qazancının yarıdan çoxunu məhz avtomobillərə xərcləyir. Onun qarajında ümumi dəyəri 50 milyon dollardan çox olan 88 lüks model avtomobil var.

Məşhur boksçu ayaqqabılarına da xüsusi diqqət ayırır. Gecə həyatı ilə manşetlərə çıxan boksçu bir gecədə 1 milyon dollar xərcləyir.

Qeyd edək ki, onun adı bu günə kimi heç bir xeyriyyə kampaniyalarında çəkilməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm