Norveç millisinin baş məşqçisi Tarik Elyunussinin "Qarabağ"a keçməsindən danışdı
Bizi izləyin

İdman

Norveç millisinin baş məşqçisi Tarik Elyunussinin "Qarabağ"a keçməsindən danışdı

Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek yerli futbolçu Tarik Elyunussinin "Qarabağ"a keçidini dəyərləndirib.

Publika.az "Report"a istinadən bildirir ki, isveçli mütəxəssis bu keçidin Azərbaycan klubuna faydalı olacağını bildirib.

"Tarik Yunanıstanda pis oynamırdı. İndi isə Çempionlar Liqasında çıxış edən komandaya keçib. Hücumda yaxşı təsir bağışlayır. Komandaya kömək edir. İnanıram ki, "Qarabağ"a faydalı olacaq" deyə Lagerbek vurğulayıb.

Qeyd edək ki, Tarik Elyunussini "Qarabağ" Yunanıstan "Olimpiakos"undan bir illik icarəyə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm