DÇ-2018: İtaliya İspaniyaya, Türkiyə Ukraynaya uduzdu
Bizi izləyin

İdman

DÇ-2018: İtaliya İspaniyaya, Türkiyə Ukraynaya uduzdu

2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində VII turun son oyunlarından 8-i baş tutub. Qarşılaşmalar D, G və İ qruplarını əhatə edib.

Mərkəzi görüş G qrupunda İspaniya və İtaliya yığmaları arasında təşkil olunub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İ qrupunda Ukrayna Türkiyənin qapısından 2 cavabsız top keçirib. Bu oyunlarda İsko və Andrey Yarmolenko dubl edib.

"Qarabağ"ın futbolçusu Ansi Aqolli isə kapitanı olduğu Albaniya millisinin Lixtenşteynə qalib gəldiyi görüşdə 2-ci qolun müəllifi olub.

Baş tutmayan yeganə görüş isə Xorvatiya və Kosova yığmaları arasında olub. Oyun güclü yağış səbəbindən 27-ci dəqiqədə dayandırılıb. Matç bu gün dayandırıldığı dəqiqədən davam etdiriləcək.

DÇ-2018, seçmə mərhələ

VII tur

2 sentyabr

D qrupu

20:00. Gürcüstan – İrlandiya - 1:1

Qollar: Valeri Kazaişvili, 34 - Şeyn Daffi, 4

20:00. Serbiya – Moldova - 3:0

Qollar: Miyat Qaçinoviç, 20, Aleksandar Kolarov, 30. Aleksandar Mitroviç, 81

22:45. Uels – Avstriya - 1:0

Qol: Ben Vudbern, 74

Xal durumu: Serbiya - 15, İrlandiya - 13, Uels - 11, Avstriya - 8, Gürcüstan - 4, Moldova - 2

G qrupu

20:00. Albaniya – Lixtenşteyn - 2:0

Qol: Odise Roşi, 54, Ansi Aqolli, 78

22:45. İspaniya – İtaliya - 3:0

Qol: İsko, 14; 40. Alvaro Morata, 77

22:45. İsrail – Makedoniya - 0:1

Qol: Qoran Pandev, 73

Xal durumu: İspaniya - 19, İtaliya - 16, Albaniya - 12, İsrail - 9, Makedoniya - 6, Lixtenşteyn - 0.

İ qrupu

20:00. Finlandiya – İslandiya - 1:0

Qol: Aleksander Rinq, 8

22:45. Ukrayna – Türkiyə - 2:0

Qollar: Aleksandr Yarmolenko, 18; 42

22:45. Xorvatiya – Kosova - 0:0 (3 sentyabra təxirə salınıb)

Oyun 27-ci dəqiqədə əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb.

Xal durumu: Ukrayna - 14, Xorvatiya - 13, İslandiya - 13, Türkiyə - 11, Finlandiya - 4, Kosova - 1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm