Azərbaycandan görünməmiş nailiyyət
Bizi izləyin

İdman

Azərbaycandan görünməmiş nailiyyət

Azərbaycan millisi tarixinin yeni rekorduna imza atıb.

Seçmə mərhələlərdə ilk dəfə yığmamızın xal hesabı iki rəqəmli ədədlə ifadə olunub.

Belə ki, San-Marinonu məğlub edən komandamız aktivini 10 xala çatdırıb. Bu nəticə Avropa səviyyəsində aşağı göstərici olsa da, millimiz üçün görünməmiş nailiyyətdi.

Məsələ ondadı ki, AÇ-1996-dan beynəlxalq arenaya çıxan komandamız qrupda son sıralarda var-gəl edib və xal ehtiyatı ilə öyünə bilməyib. Əvvəlki 11 seçmə tsikldə ən yaxşı halda 9 xal toplamışıq. Bu da DÇ-2014-ün seçmə mərhələsinə təsadüf edib.

San-Marino ilə qarşılaşmayadək hesabında 7 xal olan millimiz qələbə ilə bu rəqəmi 10-a çatdırıb və 4 il öncəki rekordu 1 xal üstələyib. Qarşıda hələ iki matçı olan komanda Çexiya ilə ev və Almaniya ilə səfər görüşlərində rekordu daha da yaxşılaşdıra bilər.

Qeyd edək ki, 10 xalı 8 oyunda qazanan millimiz San-Marinodan 6 (1:0 və 5:1), Norveçdən 3 (1:0), Çexiyadan 1 (0:0) xal alıb.

turnir

oyun

xal

AÇ-96

10

1

DÇ-98

8

3

AÇ-2000

10

4

DÇ-2002

10

5

AÇ-2004

8

4

DÇ-2006

10

3

AÇ-2008

12

5

DÇ-2010

10

5

AÇ-2012

10

7

DÇ-2014

10

9

AÇ-2016

10

6

DÇ-2018

8

10

Apasport.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm