“Qəbələ” futbol klubu ECA-ya üzv qəbul olundu
Bizi izləyin

İdman

“Qəbələ” futbol klubu ECA-ya üzv qəbul olundu

“Qəbələ” futbol klubu Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul edilib.

Klubumuz 2017/2018-ci il mövsümündə Azərbaycanın qurumdakı üç təmsilçisindən biri olacaq.

“Neftçi” və “Qarabağ”ın tamhüquqlu üzv olduğu ECA-ya yeni daxil olan “Qəbələ” assosiativ statusu daşıyacaq. Ümumilikdə isə 53 ölkədən 220 klubu birləşdirən qurumda 10 yeni komanda var. Bunlar “Qəbələ”, “Leypsiq” (Almaniya), “Latsio” (İtaliya), “La Fiorita” (San-Marino), “Kayrat” (Qazaxıstan), “Kalyu” (Estoniya), “Vikinqur” (Farer adaları), “Krasnodar” (Rusiya), “Botev” (Bolqarıstan) və AEK (Kipr) klublarıdır. Yeni üzvlər, o cümlədən “Qəbələ” də İsveçrənin Cenevrə şəhərində təşkil olunan ECA-nın XIX Baş Assambleyasına qatılıb. Sentyabrın 5-də başlayan tədbirdə həmin 10 klub digər üzvlərə təqdim olunub. Tədbirdə “Qəbələ”ni baş menecer Zaur Əzizov təmsil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm