"İnter" "Kəpəz"i ilk hissədə məğlub etdi - - FOTOLAR
Bizi izləyin

İdman

"İnter" "Kəpəz"i ilk hissədə məğlub etdi - - FOTOLAR

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Publika.az xəbər verir ki, həftənin açılış matçında “İnter” “Kəpəz”i qəbul edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

IV tura bu gün keçiriləcək “Qəbələ” – “Zirə” və sentyabrın 10-da baş tutacaq “Sumqayıt” – “Neftçi” oyunları ilə yekun vurulacaq. “Qarabağ”la “Səbail”in qarşılaşması isə təxirə salınıb.

Azərbaycan Premyer Liqası. IV tur

19 sentyabr

17:00. "İnter” – "Kəpəz” - 3:2

Qollar: Fuad Bayramov, 5. Adrian Skarlatake, 21. Aqşin Quluzadə, 33 - Şəhriyar Əliyev, 36. Kərim Diniyev, 37.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Asim Xudiyev

"İnter Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm