Azərbaycanın klubu dünya kubokunun qalibi oldu
Bizi izləyin

İdman

Azərbaycanın klubu dünya kubokunun qalibi oldu

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində təşkil edilən arena polo üzrə dünya kuboku yarışlarına yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycanın “Elite Horse and Polo Klub” komandası Bakıda keçirilən arena polo üzrə dünya kuboku yarışlarının finalında İsveçrənin Evviva Polo Klub St.Moritz” klubunu 11,5:5 xal hesabı ilə məğlub edərək yarışın qalibi olub.

Yarışda komandamızın heyətində Elçin Camallı, Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov, Tərlan Qurbanəliyev, komandanın baş məşqçisi və oyunçusu Andres Laplasette çıxış ediblər. Azərbaycan təmsilçisinin kapitanı Elçin Camallı turnirin ən yaxşı oyunçusu seçilib.

Üçüncü yer uğrunda gərgin idman mübarizəsi şəraitində keçən görüşdə ABŞ-ın “Qrand Çampions Polo Klub” komandasının poloçuları Monakonun “Monte-Karlo Polo Team” kollektivi üzərində 6,5:3 xal hesabı ilə qələbə qazanıblar. Yarışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Komandalara mükafatlar və kubok təqdim olunub. Komandaların üzvlərinə medalları və kuboku ARAF-ın prezidenti Elçin Quliyev və digər şəxslər təqdim ediblər.

Qeyd edək ki, sentyabrın 8-dən 10-dək keçirilən dünya kuboku yarışlarında dörd güclü beynəlxalq peşəkar polo komandası – Azərbaycanın “Elite Horse and Polo Klub”, ABŞ-ın “Qrand Çampions Polo Klub”, İsveçrənin “Evviva Polo Klub St.Moritz” və Monakonun “Monte-Karlo Polo Team” mübarizə aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm