"Qalatasaray" büdrədi
Bizi izləyin

İdman

"Qalatasaray" büdrədi

Türkiyə Super Liqasında 4-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, son çempion “Beşiktaş” “Karabükspor”un qonağı olub. İstanbul klubu bu görüşdə çətinliklə də olsa, 3 xala sahib çıxıb.

Günün və turun ən maraqlı oyunlarından biri də İstanbulda baş tutub. Şəhərin iki iddialı komandası - “Fənərbaxça” ilə “Başakşəhər” münasibətlərinə aydınlıq gətiriblər. Beş qolun vurulduğu oyunda qələbəni "Başakşəhər" bayram edib.

Bu tura qədər itkisiz irəliləyən "Qalatasaray" isə xal itirib. "Antalyaspor"la səfər matçında komandalar heç-heçəyə razılaşıb.

Türkiyə Super Liqası, 4-cü tur

9 sentyabr

Karabükspor - Beşiktaş 0:1

Qol: Babel, 79.

Sivasspor - Kayserispor 0:2

Qol: Bulut, 38. Stoyiliykoviç, 83.

Fənərbaxça - Başakşəhər 2:3

Qol: Dirar, 43. Klişi, 79-öz qapısına - Attama, 2. Adebayor, 32. K.Frey, 90.

Konyaspor - Alanyaspor 0:2

Qol: Vaqner, 44. Filipoviç, 73-öz qapısına.

10 sentyabr

Osmanlıspor - Göztəpə 0:2

Qol: Bingöl, 25. Yahoviç, 45.

Trabzonspor - Gənclərbirliyi 3:1

Qol: Şahan, 53. Rodalleqa, 84. Onazi, 90 - Özek, 6.

Antalyaspor - Qalatasaray 1:1

Qol: Eto`o, 82 - Qomis, 34.

Bursaspor - Akhisar 3:0

Qol: Batalya, 51. Delarqe, 66. Stanku, 74.

11 sentyabr

21:00 Kasımpaşa - Malatyaspor

Oxumağa davam et
Reklam
Reklam

Gündəm