Madrid klubları xal itirdi, "Barsa" coşdu
Bizi izləyin

İdman

Madrid klubları xal itirdi, "Barsa" coşdu

İspaniya La Liqasında 3-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, çempion “Real” ardıcıl ikinci oyun da qələbə qazana bilməyib. “Kral klubu” “Levante” ilə üz-üzə gəlib və gözlənilmədən xal itkisi ilə üzləşib.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” “Valensiya”nın qonağı olub və qolsuz bərabərliyə razılaşıb.

Bu turda Barselona derbisi də baş tutub. “Barselona” “Nou Kamp”da şəhərin digər təmsilçisi “Espanyol”u qəbul edib və 5 cavabsız qolla qalib gəlib.

İspaniya La Liqası, 3-cü tur

8 sentyabr

Leqanes - Xetafe 1:2

Qol: Qerrero, 65 - Arambarri, 39. Ximenes, 83.

9 sentyabr

Real - Levante 1:1

Qol: Vaskes, 36 - Lopes, 12.

Valensiya - Atletiko 0:0

Sevilya - Eybar 3:0

Qol: Qanso, 46. Yedder, 76. Nolito, 90.

Barselona - Espanyol 5:0

Qol: Messi, 26; 35; 67. Pike, 87. Suares, 90.

10 sentyabr

Deportivo - Real Sosyedad 2:4

Qol: Lopes, 27. Andone, 50 - Xuanmi, 3. İlyaramendi, 4; 86. Lyorente, 83.

Atletik - Jirona 2:0

Qol: Muniayn, 25. Aduris, 53.

Selta - Alaves 1:0

Qol: Qomes, 34.

Vilyarreal - Betis 3:1

Qol: Bakka, 32. Kastilyexo, 61. Ünal, 77 - Leon, 11.

11 sentyabr

23:00 Malaqa - Las Palmas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm