"Qarabağ"-"Çelsi" matçını necə İZLƏMƏK OLAR? - Nüfuzlu telekanallar SIRADA
Bizi izləyin

İdman

"Qarabağ"-"Çelsi" matçını necə İZLƏMƏK OLAR? - Nüfuzlu telekanallar SIRADA

Bu gün Azərbaycan çempionu “Qarabağ” İngiltərə çempionu “Çelsi” ilə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Publika.az xəbər verir ki, tarixi matç Londonun “Stamford Bric” stadionunda, Bakı vaxtilə saat 22:45-də başlayacaq.

Azarkeşlər matçı bir çox kanaldan izləmək şansı əldə edəcəklər. Oyun ölkəmizdə AzTv kanalından canlı yayımlanacaq. Türkiyədə isə "Tivibu Spor 4" kanalı vasitəsilə izləmək mümkün olacaq. Böyük Britaniya azarkeşləri isə oyuna "BT Sport ESPN" kanalı vasitəsilə baxa biləcək.

Qrup mərhələsinin ilk matçı Avropa və dünyanın digər ölkələrində canlı efirə veriləcək. Dünya bu oyunu "Fox Sports GO", "Fox Soccer Match Pass", "Or WatchESPN" kanalları vasitəsilə seyr edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm