DÇ-2018-in püşkünün vaxtı müəyyənləşdi
Bizi izləyin

İdman

DÇ-2018-in püşkünün vaxtı müəyyənləşdi

FİFA-nın Sürixdəki mənzil qərargahında baş tutan İcraiyyə Komitəsinin iclasında Rusiyada keçiriləcək DÇ-2018-in püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Publika.az xəbər verir ki, püşkatmada bütün komandalar reytinqlərinə görə 4 səbətə bölünəcəklər. Hər səbətdə 8 milli olacaq. Səbətlərə bölünərkən FİFA-nın oktyabr ayında açıqlayacağı millilərin dünya sıralaması əsas tutulacaq.

İlk səbətdə dünya çempionatında iştiraka haqq qazanmış 32 komandadan ən yüksək reytinə sahib 7-si və ev sahibi kimi Rusiya yer alacaq.

A-dan H-a qədər 8 qrup formalaşacaq ki, bu qruplarda Avropadan 2, digər konfederasiyaların hərəsindən ancaq bir komanda yer ala biləcək.

Qeyd edək ki, mundialın püşkatma mərasimi bu ilin dekabrın 1-də Moskvada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm