Paralimpiyaçılarımızdan qızıl medal
Bizi izləyin

İdman

Paralimpiyaçılarımızdan qızıl medal

Sentyabrın 14-də Belarus Respublikasının Minsk şəhərində əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatı keçirilib.

Publika.az xəbər verir ki, yarışa 8 ölkədən 50 idmançı qatılıb. Turnirin nəticəsinə görə Vüsalə Kərimova və Fərid Mehdiyev Kombi - Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempionatın qızıl medallarını qazanıblar! Yarışda qalib olan idmançıları Milli Paralimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamal Məmmədov medallarla təltif edib.
Bu gün isə Paraşütlə tullanma idman növü üzrə yarışlara start veriləcək. Yarışda Azərbaycan Milli Paralimpiya Komitəsini Kərimova Vüsalə, Mehdiyev Fərid və Babayeva Kəmalə təmsil edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm