İdman
12 yaşlı futbolçu: atası 66, anası 28, sevgilisi 18 yaşında - - FOTO
Dortmund "Borussiya"sının U-17 komandasında forma geyinən Yussuffa Moukokonun yaşı hamını şoka salıb.
Publika.az xəbər verir ki, rəsmi sənədlərə görə futbolçunun 12 yaşı var.
O, 2004-cü ilin 20 noyabrında doğulub. Kamerun əsilli almaniyalı futbolçunun atası 66, anasının 28 yaşında olduğu bildirilir. Bu hesabla anası onu 16 yaşında dünyaya gətirib. Yussuffa Moukoko hazırda 18 yaşlı qızla sevgilidi.
Onun yaşı ilə bağlı başlayan müzakirələrdən sonra "Borussiya" və milli komandanın tabe olduğu Almaniya Futbol Federasiyası yaş testinin keçirilməsini tələb edib.
Ötən mövsüm "Borussiya"nın U-15 komandasında keçirdiyi 21 oyunda 33 qol vuran Yussuffa Moukoko bu mövsüm U-17 komandasına yüksəlib. 12 yaşında olmasına rəğmən 17-18 yaşlı futbolçulardan daha böyük görünən futbolçu U-17-nin heyətindəki 5 matçda 13 dəfə frqlənib.
Müzakirələrə baxmayaraq, Yussuffa Moukoko Almaniyanın U-16 millisinə dəvət olunub.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət