ŞOK itki: Millimizlə oyunu buraxacaq
Bizi izləyin

İdman

ŞOK itki: Millimizlə oyunu buraxacaq

Futbol üzrə Almaniya milli komandası Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına itki ilə çıxacaq.

Publika.az xəbər verir ki, Bundestimin qapıçısı Manuel Noyer yenidən zədə alıb.

"Bavariya"nın kapitanı "Şalke" ilə Bundesliqa qarşılaşmasından əvvəl məşq zamanı sol ayağını qırıb. Nəticədə 31 yaşlı qolkiper məşqi yarımçıq tərk edib. Onun əməliyyat olunacağı və bərpasına bir neçə ayın lazım gələcəyi bildirilir. Noyerin zədələndiyini klubun mətbuat xidməti də təsdiqləyib. Onun "Şalke" ilə oyunu buraxacağı açıqlansa da, zədənin xarakteri barədə hələlik heç bir bilgi verilməyib.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində C qrupunda yer alan Almaniya və Azərbaycan yığmaları arasındakı qarşıdakı matç oktyabrın 8-də Kayzerslaueterndə keçiriləcək. Bu komandaların martın 26-da Bakıda baş tutmuş görüşündə də Manuel Noyer zədə səbəbindən iştirak etməyib. Həmin oyun Bundestimin qələbəsi ilə yekunlaşıb - 4:1. (sportnet.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm